Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.
Xezerxeber.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, dövlət başçısının "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Sərəncamında F.Məmmədovun adı yoxdur.