Xəzər Xəbər

Oğurluğa görə beynəlxalq axtarışda olan şəxs ekstradisiya EDİLDİ

Gündəm | 14:15 • 10 Fevral 2024
Oğurluğa görə beynəlxalq axtarışda olan şəxs ekstradisiya

Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Həsənov Alyar Əhməd oğlunun ekstradisiyası haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Alyar Həsənovun külli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Fevralın 10-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxs Qazaxıstandan ölkəmizə gətirilib.

Xəbər lenti

Çox oxunanlar