Xəzər Xəbər

Sahibə Qafarova 11 saylı seçki məntəqəsində səs verib

Gündəm | 10:52 • 7 Fevral 2024
Sahibə Qafarova 11 saylı seçki məntəqəsində

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova fevralın 7-də 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.

Xezerxeber.az xəbər verir ki, məntəqədə səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər.

Səhər saatlarından etibarən 11 saylı seçki məntəqəsində də seçicilərin yüksək fəallığı müşahidə olunur. Məntəqədə 1493 seçici qeydiyyatdadır, onlardan 26 nəfəri qeydiyyatdan çıxma vərəqəsi alıb.

Xəbər lenti

Çox oxunanlar