Xəzər Xəbər

Deputat ödənişli və qısamüddətli hərbi xidmətin olmasını TƏKLİF EDİB

Gündəm | 12:30 • 1 Fevral 2024
Deputat ödənişli və qısamüddətli hərbi xidmətin olmasını

Dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətə hərbi xidmət keçmək dünya təcrübəsində mövcuddur. Azərbaycanda ödənişli və qısamüddətli hərbi xidmətə keçirilməsini təklif edirəm.

Xezerxeber.az xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

“Fikrimcə, belə bir dəyişiklik etmiş olsaq, bu bir sıra problemlərin həllində rol oyanaya bilər. Xüsusilə təhsil sahəsində gənclərin təhsili ilə bağlı məsələlərdə bu dəyişiklik kömək etmiş olar.

Təhsilini və karyerasını davam etdirmək istəyən gənclər qısamüddətli hərbi xidmət keçməklə yenidən təhsillərini davam etdirə bilərlər. Bizdə hərbi xidmət 1 il yarım və ali təhsillilər üçün 1 il müəyyən edilib. Büdcəyə müəyyən vəsait ödəməklə bu müddət azaldıla bilər”, - deyə E.Allahverdiyev əlavə edib.

Xəbər lenti

Çox oxunanlar