Xəzər Xəbər

Sabah Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın iclası keçiriləcək

Gündəm | 22:34 • 30 Yanvar 2024
Sabah Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın iclası keçiriləcək

Sabah Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. 

Görüşə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan sədrlik edəcək.

Xatırladaq ki, tərəflərin iştirakı ilə əvvəlki görüş 2023-cü il noyabrın 30-da sərhəddə baş tutub.

Xəbər lenti

Çox oxunanlar