Xəzər Xəbər

Əli Əsədov rusiyalı nazirlə görüşüb

Gündəm | 19:14 • 30 Yanvar 2024
Əli Əsədov rusiyalı nazirlə görüşüb

Yanvarın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkov ilə görüşüb.

Nazirlər Kabinetindən Xezerxeber.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb.
İki ölkə arasında bütün sahələrdə, o cümlədən fövqəladə halların qarşısının və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın fəal inkişafı vurğulanıb.
Tərəflər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə 2024-2026-cı illər üçün Birgə Fəaliyyət Planının imzalanmasının vacibliyini qeyd ediblər.
Görüş zamanı fövqəladə halların qarşısının və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.

Xəbər lenti

Çox oxunanlar