Xəzər Xəbər

Qaribaşvili Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin imzalanacağına ümid edir

Gündəm | 18:49 • 26 Yanvar 2024
Qaribaşvili Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin imzalanacağına ümid edir

Biz Azərbaycan ilə Ermənistan arasında davam edən dialoqa böyük nikbinlik və ümidlə baxırıq. Ümidvar olduğumu bildirmək istərdim ki, onlar tezliklə regionda mövcud sülhü möhkəmləndirəcək, sabitliyə kömək edəcək sülh sazişi imzalayacaqlar.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Nikol Paşinyanla görüşdən sonra keçirilən brifinqdə söyləyib.

Gürcüstan hökumətinin başçısı qeyd edib ki, ölkəsi həmişə regionda uzunmüddətli sülh və sabitliyin tərəfdarı olub.

“Ümidvaram ki, Ermənistan və Azərbaycan tezliklə sülh sazişi imzalayacaqlar, bu, şübhəsiz, regionda sülhü təşviq edəcək və möhkəmlədəcək, sabitliyə kömək göstərəcək. Bir daha təkrar etmək istəyirəm ki, bu, bizim ölkələrimiz və xalqlarımız üçün vacibdir”, - deyə İrakli Qaribaşvili vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar