Xəzər Xəbər

Nazir: Qonşu ölkələrin iştirakı ilə regionda layihələrin həyata keçirilməsi böyük önəm kəsb edir

Gündəm | 15:21 • 14 Dekabr 2023
Nazir: Qonşu ölkələrin iştirakı ilə regionda layihələrin həyata keçirilməsi böyük önəm kəsb edir

Bu gün keçirilən görüşdə ikitərəfli münasibətlərə paralel olaraq, çoxtərəfli platformalarda, BMT və onun təsisatları, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər formatlarda əməkdaşlıq barədə fikir mübadiləsi apardıq.

Xezexeber.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər Naziri Ceyhun Bayramov türk həmkarı Hakan Fidanla keçirdiyi mətbuat konfransında bildirib.

“Qonşu ölkələrin iştirakı ilə üçtərəfli və dördtərəfli formatlar da regionda layihələrin həyata keçirilməsində böyük önəm kəsb edir. Hesab edirik yaxın aylar ərzində üçtərəfli formatda bir neçə görüş keçiriləcək”, - deyə nazir diqqətə çatdırıb.

Xəbər lenti

Çox oxunanlar