Xəzər Xəbər

Spiker: "Növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycan tarxində ilk dəfə olaraq bütün ərazidə keçiriləcək"

Gündəm | 11:08 • 8 Dekabr 2023
Spiker: "Növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycan tarxində ilk dəfə olaraq bütün ərazidə keçiriləcək"

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 8-də keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ərazidə keçiriləcəyini bildirib.

Xezerxeber.az xəbər verir ki, spiker 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinin yaranan yeni reallıqların təsbiti olduğunu söyləyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası regionda və ölkədə yeni reallıqlar yaradıb: "Gələn il keçirilməsi nəzərdə tutulan Prezident seçkiləri şəffaf şəraitdə keçirilən azad və ədalətli demokratiyanın təntənəsinə çevriləcək. Xalqımız da seçkidə öz müdrik qərarını verəcək".

 

Xəbər lenti

Çox oxunanlar