Xəzər Xəbər

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək - SƏRƏNCAM

Gündəm | 12:02 • 7 Dekabr 2023
Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək - SƏRƏNCAM

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.

Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

 

Xəbər lenti