Xəzər Xəbər

Bərdə ‒ Ağdam ‒ Əsgəran avtomobil yolu yenidən qurulur SƏRƏNCAM

Gündəm | 13:14 • 30 Noyabr 2023
Bərdə ‒ Ağdam ‒ Əsgəran avtomobil yolu yenidən qurulur

Prezident İlham Əliyev Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Xezerxeber.az xəbər verir ki, Sərəncamla on səkkiz kilometr uzunluğu olan Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulması məqsədilə 5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Xəbər lenti