Xəzər Xəbər

Bu gün sərhəddə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar aparılacaq

Gündəm | 09:26 • 30 Noyabr 2023
Bu gün sərhəddə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar aparılacaq

Bu gün Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan arasında sərhədlərin delimitasiyası ilə bağlı görüş keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, görüşün Qazax-İcevan sərhədində keçirilməsi planlaşdırılıb. 

Əldə olunan razılaşmaya əsasən, noyabrın 30-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti - 5-ci iclası keçirilsin.

Komissiyalara Azərbaycan tərəfdən Şahin Mustafayev, Ermənistan tərəfdən Mher Qriqoryan sədrlik edir.

Xəbər lenti

Çox oxunanlar