Xəzər Xəbər

Azərbaycanın xarici işlər naziri Şimali Makedoniyaya səfər edib

Gündəm | 08:41 • 30 Noyabr 2023
Azərbaycanın xarici işlər naziri Şimali Makedoniyaya səfər edib

Noyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Xezerxeber.az-a bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Çox oxunanlar