İran-Azərbaycan münasibətləri yaxşı istiqamətdədir.
Xezerxeber.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında deyib.
“Azərbaycanla münasibətlər xoşbəxtlikdən yaxşı istiqamətdədir. İran və Azərbaycan arasında siyasi, iqtisadi və hərbi sahələrdə əməkdaşlıq və dialoq irəliləyir və inkişaf edir. Bu, qənaətbəxşdir.
Biz bu əməkdaşlıqların ümumi maraqlar çərçivəsində davam edəcəyinə ümid edirik. Bu iradə hər iki tərəfdə mövcuddur”, - XİN sözçüsü vurğulayıb.