Xəzər Xəbər

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana işgüzar səfərə gəlib

Gündəm | 18:15 • 23 Noyabr 2023
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana işgüzar səfərə gəlib

Macarıstanın Baş naziri Viktor Orban noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Xezerxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Viktor Orbanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbər lenti

Çox oxunanlar