Xəzər Xəbər

ABŞ görünməmək üçün Fransanı QABAĞA VERİB Ziyafət Əsgərov

Gündəm | 12:18 • 21 Noyabr 2023
ABŞ görünməmək üçün Fransanı QABAĞA VERİB

Amerika tərəfi hər zaman bildirir ki, Azərbaycan strateji tərəfdaşıdır. Amma strateji tərəfdaşa belə davranırlar? Azərbaycan öz ərazilərini işğaldan azad edib. Beynəlxalq hüququ bərpa edib. 30 il ərzində Qərb dövlətlərindən biri də Ermənistana qarşı çıxmayıb, sanksiya qəbul etməyib. Amma biz görürük ki, indi biz torpaqlarımızı azad etdiyimizə görə təzyiqlər var.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, belə olan halda necə beynəlxalq hüquqdan söhbət gedə bilər? “Qərb dövlətləri indi niyə Azərbaycana qarşı çıxır? Çünki sən müsəlman dövlətisən, Türkiyə ilə “Şuşa bəyannaməsi”ni bağlamısan. Bu bəyannaməni qəbul etdikdən sonra Qərb tərəfinin yuxusuna haram qatıldı. İlk olaraq Fransa tərəfi buna qarşı çıxdı. Sonradan məlum oldu ki, bu sifariş Vaşinqtondan verilib.

ABŞ görünməmək üçün Fransanı qabağa verib. Axı bu qədər riyakar siyasət yürütmək olmaz. Siz beynəlxalq hüququ məşğul edirsiniz. Eyni zamanda, güclü dövlət olaraq haqqın yanında olmalısınız. Biz müharibəni kişi kimi aparmışıq, heç bir mülki şəxsə zərər gəlməyib. Heç bir “etnik təmizləmə” olmayıb. ABŞ-nin bu kimi bəyanatları qəbul etməsinin səbəblərindən biri Azərbaycan Prezidentinin müstəqil siyasətini qəbul etməməsi, müsəlman dövlətinin dirçəlməsinin qarşısını almaqdır”, - deyə o qeyd edib.

Xəbər lenti

Çox oxunanlar