Xəzər Xəbər

Naxçıvana quru və dəmir yolunun açılması ilə bağlı MÜHÜM AÇIQLAMA

Gündəm | 11:11 • 21 Noyabr 2023
Naxçıvana quru və dəmir yolunun açılması ilə bağlı

Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında quru və dəmir yolunun bərpası ilə bağlı vəziyyətə aydınlıq gətirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, artıq İranla bu istiqamətdə ilkin təmaslara başlanılıb.

"Bu istiqamətdə səlahiyyətli nazirlər tərəfindən işlər aparılmaqdadır. Yəni, praktiki iş başlayıb. Zəngilanda, Ağbənddə Araz üzərindən körpülər tikilərək İran ərazisinə keçmək, oradan da Naxçıvana quru və dəmir yolu xətlərinin tikintisi davam etdirilir.

Təəssüf ki, son 3 ildə Ermənistan bu xəttin tikilməsi, irəli aparılması üçün ciddi addım atmadı. Biz də Ermənistanın nə vaxt qərar qəbul edəcəyini gözləyə bilmərik. Gördüyünüz kimi, orta dəhlizdə yeni imkanlar əmələ gəlir və bu fürsətləri də doğru, düzgün qiymətləndirərək əlaqələri qurmalıyıq",- deyə o qeyd edib.

Xəbər lenti