“30 illik işğal dövründə yalnız Azərbaycan əraziləri işğal edilməyib, bu ərazilərə silah da daşınıb. Bu ərazilərdən silahların transferi üçün istifadə edilib. Azərbaycan bununla bağlı beynəlxalq tərəfdaşlara çağırış etsə də biz bununla bağlı reaksiya görmədik”.
Xezerxeber.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə brifinqi zamanı Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
"Azərbaycan Ermənistan tərəfinin Qarabağdakı qanunsuz separatçı qrupu silahla təmin etməsi, bu ərazilərə minalaran yerləşdirilməsi ilə bağlı faktlar təqdim edib, indi də bu minalar mülki insanların həyatını təhdid edir".
Ayxan Hacızadə bildirib ki, 24 saatlıq antoterror əməliyyatı aparılarkən nəticədə bu regionda necə böyük miqyasda silahların transferi aşkar olunub.
"44 günlük müharibədən sonra nə qədər silahlar göndərilib ki, bu silahların bir qismi 2021-ci il istehsalıdır. Azərbaycan əraziləri yeni istehsal olunmuş minalarla minalanıb, Azərbaycan ərazisində Ermınistan tərəfindən mülki və hərbi şəxslərə təlimlər keçirilib ki, onlar Azərbaycan hərbi və mülki infrastulturunu hədəf alsın", o bildirib.