Xəzər Xəbər

Nazir müavini vəzifəsindən azad edildi

Gündəm | 14:01 • 20 Noyabr 2023
Nazir müavini vəzifəsindən azad edildi

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova vəzifəsindən azad edilib.

İqtisadiyyat Nazirliyindən Xezerxeber.az-a verilən məlumata görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, S. Həsənova Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçıvənin müəyyən olunması üzrə komissiyanın sədri olub.

Xəbər lenti

Çox oxunanlar