Xəzər Xəbər

Azərbaycan və İran XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər

Gündəm | 18:52 • 18 Noyabr 2023
Azərbaycan və İran XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Xezerxeber.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib.

Həmçinin, regional dialoqun və regiondankənar ölkələrin müdaxiləsindən uzaq formatların gücləndirilməsinin vacibliyi vurğulanıb.

Bölgədə sülhün gücləndirilməsi üçün regional formatların aktivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

Telefon danışığı zamanı eyni zamanda, bir sıra çoxtərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər ikitərəfli münasibətlərin möhkəmlənməsindən məmnunluq ifadə edərək regional və beynəlxalq arenada əməkdaşlığın artırılması və möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Xəbər lenti