Mingəçevirdə uşaqlar arasında virusa yoluxma aşkarlanıb.
Uşaqların “Hepatit A” virusuna yoluxduğu bildirilir.
Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzindən məlumatı təsdiqləyiblər.
Qurumdan bldirilib ki, son bir həftə ərzində şəhərin müxtəlif ünvanlarında təsdiqlənmiş “Hepatit A” diaqnozu ilə 6 nəfər xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub. Hər bir ünvanda həkim-epidemioloq tərəfindən dərhal araşdırma aparılıb. Nəticədə 3 xəstənin şəhərin Bahar küçəsində bir-biri ilə təmasda olduğu, ikisinin isə qohumluq əlaqəsi aşkarlanıb.
Mingçevir Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İlqar Həsənov bildirib ki, 6 nəfər xəstə barəsində müraciət daxil olub. Onlardan 4 nəfərin "Hepatit A" virsuna yoluxduğu təsdiqlənib. İki nəfərin virusa yoluxmağı hələlik təsdiqin tapmayıb. "13 noyabr 2023-cü il tarixində 2-ci xəstə barəsində məlumat alındıqdan sonra hər iki xəstənin eyni ünvanda olduğunu nəzərə alınaraq əraziyə GEM tərəfindən “Su-kanal”ASC-nin mühəndisləri cəlb olunub. Son iki ay əvvələ qədər Bahar küçəsində su xəttində qəza olmadığı aşkarlanıb, xəstələrin mənzillərindən su nümunələri götürülüb bakterioloji müayinə üçün Mingəçevir GEM-nin laboratoriyasına verilib. O cümlədən də Su anbarının çıxış nöqtəsindən də nümunə analiz götürülüb və bizim laboratoriyada yoxlandıqdan sonra suların təmiz olduğu və suda heç bir virusun olmadığı məlum olub. Biz həmçinin sulardan götürdüyümüz nümunələri Bakı şəhərinədə göndərmişik. Həmçinin əgər sudan yoluxma olardısa daha çox insan virusa yoluxa bilərdi". (apa)