Qarabağda dövlət yaratmaq məqsədimiz yoxdur.
Xezerxeber.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
O, qondarma rejimin orqanlarının yenidən formalaşdırılması cəhdlərini Ermənistanın təhlükəsizliyinə birbaşa zərbə hesab edib və həmkarlarını da analoji mövqedə olmağa çağırıb.
Simonyan Qarabağdan Ermənistana könüllü köçən şəxslərin mövcud problemlərini Ermənistan rəhbərliyinin həll etməli olduğunu da deyib.