Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rabatda İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.
Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyini və mədəniyyətlər arasında tolerantlığın və dialoqun təşviqi üzrə birgə layihələri müzakirə ediblər.