Xəzər Xəbər

Azərbaycanda dolların məzənnəsinin sabit qalması üçün TƏDBİRLƏR GÖRÜLÜB

Gündəm | 12:54 • 13 Noyabr 2023
Azərbaycanda dolların məzənnəsinin sabit qalması üçün

Cari ilin 10 ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarının 99-da təklif tələbi üstələyib.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zaman Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, AMB-nin ehtiyatları 1 milyard 248 milyon manat ABŞ dolları artıb.

“Valyuta bazarında məzənnə sabitliyinin təmin edilməsi məqsədilə AMB bazara alışyönümlü müdaxilələr həyata keçirib. Bunun sayəsində AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb”, - deyə o əlavə edib.

Xəbər lenti

Çox oxunanlar