Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mir Şahin Mirdilavər oğlu Ağayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Mir Şahin Ağayev 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Sabah onun 60 yaşı tamam olur.