Xəzər Xəbər

Rusiya Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etməyə hazırdır

Gündəm | 16:48 • 10 Noyabr 2023
Rusiya Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etməyə hazırdır

Moskva Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Rusiya paytaxtında görüşünü təşkil etməyə hazırdır.

Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, Moskva bu görüşü təşkil etməyə hazır olduğunu təsdiqləyir, lakin hələlik dəqiq tarix yoxdur.

"Biz dəfələrlə ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində gələcək dialoq üçün Moskva platforması təqdim etməyə hazır olduğumuzu təsdiq etmişik. Bizim bu hazırlığımız dəyişməz qalır. Biz belə bir tədbirin vaxtını razılaşdırdıqda, bu barədə vaxtında elan edəcəyik”, - deyə Lavrovun müavini qeyd edib. (APA)

Xəbər lenti

Çox oxunanlar