Xəzər Xəbər

Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi AZƏRBAYCAN PREZİDENTİ

Gündəm | 16:33 • 8 Noyabr 2023
Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi

Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq.

Xezerxeber.az  xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.

“O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi. Bu gün bizim, bax, burada - Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi”, - deyə dövlətimizin başçısı əlavə edib.

Xəbər lenti

Çox oxunanlar