Xəzər Xəbər

İkinci Qarabağ müharibəsinin Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələnməsi tarixi hadisədir Prezident İlham Əliyev

Gündəm | 16:00 • 8 Noyabr 2023
İkinci Qarabağ müharibəsinin Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələnməsi tarixi hadisədir

Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir.

Xezerxeber.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.

“Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq”, - deyə dövlətimizin başçısı bildirib.

Xəbər lenti