Xəzər Xəbər

Qəzzadan 8 azərbaycanlı ÇIXARILDI

Gündəm | 13:09 • 7 Noyabr 2023
Qəzzadan 8 azərbaycanlı

Qəzza bölgəsində bir neçə gün əvvəl bir gün ərzində 8 nəfər azərbaycanlı təxliyyə olunub.

Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.

O qeyd edib ki, İsraildən vətəndaşların evakuasiyası nəzərdə tutulmur.

"Evakuasiya ilə bağlı müraciətlər daxil olmur. Qaynar xəttə müraciətlər cüzidir", - deyə A. Hacızadə əlavə edib.

Qeyd edək ki, təxminən 5 gün əvvəl 8 azərbaycanlının Qəzza zolağından çıxarılacağı ilə bağlı XİN Trend-in sorğusuna cavabında bildirmişdi.

Xatırladaq ki, Qəzza zolağının Sərhəd Mühafizəsi noyabrın 2-də Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsi vasitəsilə anklavı tərk edə biləcək təxminən 600 nəfərin adı olan siyahı dərc edib. Siyahıda dərc edilən 596 xarici vətəndaşın 400-ü ABŞ vətəndaşıdır. Siyahıda, həmçinin, Azərbaycan, Belçika, Bəhreyn, Niderland, Macarıstan, İsveçrə və Cənubi Koreya vətəndaşları da var. (trend)

Xəbər lenti

Çox oxunanlar