Xəzər Xəbər

Bakıda ticarət dövriyyəsinin HƏCMİ ARTDI

Gündəm | 09:05 • 7 Oktyabr 2023
Bakıda ticarət dövriyyəsinin

Cari ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 20 milyard 372,8 milyon manata çatıb.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 11 milyard 262,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,2 faiz artaraq 9 milyard 110,4 milyon manata bərabər olub. İstehlak məhsullarının 35,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb

Xəbər lenti