Qarabağda lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarəti altına keçən ərazilərdə aşkarlanan mina və digər təhlükələr zərərsizləşdirilir.
Xezerxeebr.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Əməkdaşlar tərəfindən Vətən torpaqları qarış-qarış yoxlanılır. Aşkarlanan mina və digər təhlükələr zərərsizləşdirilir", - məlumatda deyilir.