Xəzər Xəbər

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbçimiz şəhid olub

Gündəm | 18:05 • 30 Sentyabr 2023
Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbçimiz şəhid olub

Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.

Müdafiə Nazirliyindən Xezerxeber.az-a verilən məlumata görə, atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub. 

"Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!" - deyə məlumatda bildirilib.

Xəbər lenti