Xəzər Xəbər

Qərbi Azərbaycan İcması Braziliya XİN-i məsuliyyətli olmağa çağırıb

Gündəm | 13:27 • 29 Sentyabr 2023
Qərbi Azərbaycan İcması Braziliya XİN-i məsuliyyətli olmağa çağırıb

Braziliya Xarici İşlər Nazirliyinin son açıqlamasında bir sıra yanlışlıqlar yer alıb. “Bölgənin siyasi statusunun dəyişdirilməsi məqsədilə gücdən istifadə edilməsi” ifadəsi tamamilə qəbuledilməzdir. Qarabağın Azərbaycan ərazisi olması Ermənistan da daxil olmaqla, bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.

Vurğulanıb ki, bu, eləcə də “Dağlıq Qarabağda və onun ətrafında” kimi köhnəlmiş ifadələrdən istifadə edilməsi Braziliya Xarici İşlər Nazirliyinin vəziyyətdən bixəbər olmasını göstərir.

Qərbi Azərbaycan İcması Braziliya Xarici İşlər Nazirliyini öz açıqlamalarında diqqətli və məsuliyyətli olmağa çağırır.

Xəbər lenti

Çox oxunanlar