Xəzər Xəbər

Ombudsman Qarabağın erməni sakinlərinə müraciət edib

Gündəm | 12:11 • 29 Sentyabr 2023
Ombudsman Qarabağın erməni sakinlərinə müraciət edib

Demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan Respublikası cari il 19-20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli anti-terror tədbirləri nəticəsində uzun illər ərzində vətəndaşların hüquq və azadlıqlarının təmininə ciddi təhdid yaradan halları aradan qaldırmaqla beynəlxalq hüquqla tanınan ərazisi üzərində öz suverenliyini tam təmin edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının təmini və müdafiəsi ilə bağlı açıqlamasında deyilir. 

Ombudsman bildirib ki, Azərbaycanda milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın, o cümlədən Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir.

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi daim diqqət mərkəzindədir.

Bildirmək istərdik ki, hər bir vətəndaşımız kimi, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız da hüquq və azadlıqlarının təmini məsələsi ilə bağlı hər hansı problemlə üzləşərsə, 24/7 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, təsisatın telefon nömrəsi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə və elektron qaydada Ombudsmana müraciət edə bilərlər", - o əlavə edib.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024