Xəzər Xəbər

Ermənilərin daha bir “qələbə” simvolu Bakıya gətirildi VİDEO

Gündəm | 09:18 • 29 Sentyabr 2023
Ermənilərin daha bir “qələbə” simvolu Bakıya gətirildi

Ermənilərin daha bir “qələbə” simvolu olan piyadaların döyüş maşını (PDM) Hərbi Qənimətlər Parkına aparılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Birinci Qarabağ müharibəsindən sonra separatçıların Ağdərə rayonunun girişində yerləşdirdikləri hərbi texnika demontaj edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində “qələbə” simvolu kimi qoyulan 442 nömrəli tank Hərbi Qənimətlər Parkına yerləşdirilmişdi.

Xəbər lenti

Çox oxunanlar