Azərbaycan Ordusu Qarabağda lokal antiterror tədbirləri zamanı yüksək peşəkarlıq göstərərək ancaq hərbi hədəfləri məhv edib.
Xezerxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, heç bir yaşayış məntəqəsinə zərər vurulmayıb: "Ermənistan silahlı qüvvələrinin birləşmələr bir gün davam edən lokal aniterror tədbirlərinin nəticəsində tələblərimizi qəbul etməyə məcbur oldular".