Xəzər Xəbər

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın inkişafı müzakirə edilib

Gündəm | 21:11 • 26 Sentyabr 2023
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın inkişafı müzakirə edilib

Sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini xanım Saşa Beykerin təşəbbüsü ilə telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildiriblər ki, tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Xəbər lenti

Çox oxunanlar