Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında qeyd edib.
Prezidentin köməkçisi əlavə edib ki, bölgədə tibbi yardıma və qayğıya ehtiyacı olan insanların aparılması üçün Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib.