Rusiya sülhməramlıları hazırda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin nümayəndələri və Azərbaycanın rəsmi şəxsləri ilə təmaslara kömək edir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının yekunlarına dair mətbuat konfransında bildirib.
Rusiyalı nazir deyib ki, Rusiya sülhməramlıları hazırda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin nümayəndələri və Azərbaycanın rəsmi şəxsləri ilə təmaslara kömək edir: "Onlar srağagün və məncə, bu gün də görüşüblər. Sülhməramlılarımız qarabağlı ermənilərin ilk vaxtlar özlərini təhlükəsiz hiss etmələri və etimadın möhkəmləndirilməsi üçün orada iştirak edirlər. Bunun nə qədər vaxt aparacağı və sülhməramlıların sayı barədə məsələ yerində həll olunur”.