Qarabağda qalmaq istəməyən erməni əsilli sakinlər Ermənistana tam təhlükəsiz şəkildə gedirlər.
Xezerxeber.az xəbər verir ki, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin maneəsiz keçidi təmin olunur.
Ermənistan istiqamətində hərəkət edən sakinlər heç bir təhlükə və təhdid ilə qarşılaşmadıqlarını, könüllü şəkildə getdiklərini bildiriblər. Onlar həm də yolların açıq olduğunu, maneəsiz şəkildə Ermənistana getdiklərini söyləyiblər.
Qeyd edək ki, Azərbaycanın polis əməkdaşları Qarabağda yaşayan erməni sakinlərindən birinin avtomobilində yaranmış problemin aradan qaldırılmasına kömək ediblər.