Xəzər Xəbər

Deportasiya zamanı azərbaycanlılara Ermənistan tərəfindən vurulmuş ziyanın həcmi açıqlandı

Gündəm | 12:39 • 25 Sentyabr 2023
Deportasiya zamanı azərbaycanlılara Ermənistan tərəfindən vurulmuş ziyanın həcmi açıqlandı

Deportasiya zamanı Ermənistan tərəfindən fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli sentyabrın 25-də Milli Məclisdə keçirilən “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

İcma sədri xatırladıb ki, 1930-1940-cı illərdə keçmiş SSRİ məkanında repressiya və deportasiyaya məruz qalan bütün şəxslər və bütün xalqlar Stalinin ölümündən sonra respublika məhkəmələrinin qərarları ilə bəraət alsalar da, təkcə 1948-1953-cü illər deportasiyasından zərər çəkən Qərbi azərbaycanlılara hüquqi müstəvidə bəraət verilmədi, deportasiya olunanların və onların varislərinin ata baba yurdlarına qayıtmaq hüququ tanınmadı.

“1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiya öz amansızlığı və qəddarlığı ilə əvvəlkilərdən bir o qədər də fərqlənmədi. Ermənilərə xas eyni vəhşi üsul və metodlarla soydaşlarımız sonuncu nəfərinə qədər Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovuldular. Bu prosesdə 200 nəfərdən çox soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi, 400-dən artıq insanımız xəsarət aldı, 300-ə yaxın yaşayış məntəqəsindən azərbaycanlılar qovuldular. Bu zaman onlara fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vuruldu”, - deyə Ə.Ələkbərli qeyd edib.

O vurğulayıb ki, yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da buraya əlavə etsək, yəqin ki, zərərin həcmi bir neçə dəfə artar. Mənəvi zərəri isə heç bir məbləğlə əvəz etmək olmaz.

Xəbər lenti