Xəzər Xəbər

Azərbaycan suverenliyini qorumaq məqsədilə Qarabağda antiterror tədbirləri həyata keçirib Hakan Fidan

Gündəm | 20:30 • 23 Sentyabr 2023
Azərbaycan suverenliyini qorumaq məqsədilə Qarabağda antiterror tədbirləri həyata keçirib

Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri Cənubi Qafqazda sabitlik və normallaşma üçün yeni fürsət açıb.

Xezerxeber.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Nyu-Yorkda “Türk evi”ndə keçirdiyi mətbuat konfransı zamanı bildirib.

Hakan Fidanın sözlərinə görə, Ermənistan gec olmadan bü fürsəti dəyərləndirməlidir: “Biz sülh və əmin–amanlığın bərqərar olması üçün səylərimizi davam etdirəcəyik”.

Nazir onu da əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini qorumaq üçün Qarabağda antiterror tədbirləri həyata keçirməyə məcbur olub.

Xəbər lenti