Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı keçiriləcək müzakirələrə qatılacaq.
Bu barədə Tass İnformasiya Agentliyi BMT TŞ-dəki mənbəyə istinadən bildirib.
"Bəli, Azərbaycanın xarici işlər naziri iştirak edəcək", - mənbə deyib.
Qeyd edək ki, bu günlərdə BMT Baş Assambleyasının iclası keçirilir. Bununla əlaqədar ABŞ-da səfərdə olan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri BMT TŞ və BMT Baş Assambleyasının iclaslarında iştirak edə bilərlər.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (apa)