Xəzər Xəbər

Azərbaycanın HDQ komandanının ABŞ-yə səfəri davam edir FOTO

Gündəm | 13:43 • 21 Sentyabr 2023
Azərbaycanın HDQ komandanının ABŞ-yə səfəri davam edir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyuport şəhərində 90 ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının nümayəndələrinin də iştirakı ilə keçirilən 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumu davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildiriblər ki, simpozium çərçivəsində Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Türkiyə Respublikasının HDQ komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Amerika Birləşmiş Ştatlarının HDQ komandanı admiral Liza Franketti ilə görüşüb.

Görüşlərdə Azərbaycan - Türkiyə və Azərbaycan - ABŞ HDQ arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər lenti