Qərbi Azərbaycan İcması İspaniyanın son vaxtlar Azərbaycana qarşı artıq düşmənçilik xarakteri almış bəyanatlarını kəskin şəkildə pisləyir.
Xezerxeber.az bildirir ki, bu barədə İcmadan məlumat verilib.
Bildirilib ki, İspaniyanın ölkələrin ərazi bütövlüyü və suverenlyinə belə selektiv yanaşması və Azərbaycanın daxili işlərinə müdaxiləsi qəbuledilməzdir.
“Riyakarcasına beynəlxalq hüquqdan, BMT nizamnaməsindən danışan İspaniyanın “nəsihət”ini rədd edirik.
İspaniyanı insan hüquqları məsələsində ədalətli mövqe tutmağa və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnu dəstəkləməyə çağırırıq, - deyə açıqlamada qeyd olunub.