Milli Məclisdə Asiya Parlament Assambleyası (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclası keçirilir.
Xezerxeber.az xəbərinə görə, iclasda Milli Məclisin sədri Sahibə Qafarova, Bəhreyn, Fələstin, İndoneziya, İran, İraq, Kamboca, Küveyt, Pakistan, Qazaxıstan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tailand, Tacikistan, Türkiyə və Asiya Parlament Assambleyasının Katibliyinin nümayəndə heyəti iştirak edirlər.
İclasda “Asiyada mədəni muxtəlifliyin təşfiqi və mədəni irsin qorunması istiqamətində tədbirlər haqqında” qətnamə layihəsi, “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə Asiya inteqrasiyası haqqında” qətnamə layihəsi, Asiyada səhiyyə bərabərliyi uzrə əməkdaşlıq haqqında” qətnamə layihəsi, “Asiya parlamentariləri korrupsiyaya qarşı” qətnamə layihəsi, “APA qadın parlamentariləri haqqında” qətnamə layihəsi və digər bir sıra qətnamələrə baxılacaq.