Xəzər Xəbər

Prezidentin köməkçisi: Ermənistan Azərbaycan ərazisindəki qondarma rejimə siyasi və hərbi dəstək göstərirdi

Gündəm | 18:41 • 20 Sentyabr 2023
Prezidentin köməkçisi: Ermənistan Azərbaycan ərazisindəki qondarma rejimə siyasi və hərbi dəstək göstərirdi

Ermənistan Azərbaycan ərazisindəki qondarma rejimə özünün dövlət büdcəsindən maliyyə, siyasi və hərbi cəhətdən dəstək göstərirdi. Bugünkü ilkin razılıq həmin hərbi qüvvələrin Azərbaycan ərazisindən tam uzaqlaşdırılması istiqamətində olduqca əhəmiyyətlidir.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, son dövrlər Ermənistan-Azərbaycan sülh müqaviləsi, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması üzrə tamamilə qeyri-konstruktiv mühit yaranıb. Ermənistanın üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinin təmin edilməsi idi. Ermənistan bu öhdəliyini yerinə yetirmir və hər vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir.

Xəbər lenti