Xəzər Xəbər

Hikmət Hacıyev: Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının lehinəyik

Gündəm | 17:55 • 20 Sentyabr 2023
Hikmət Hacıyev: Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının lehinəyik

Bir daha bildiririk ki, Azərbaycanın məqsədi Qarabağın erməni sakinlərinin sülh şəraitində inteqrasiyasıdır. Biz Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının lehinəyik. Amma müstəqil Azərbaycan Respublikasının ərazisində 10 minlərlə bir hərbi qüvvənin olması qəbuledilməz idi.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

“Dünən Qarabağın sakinləri müzakirələrin, dialoqun keçirilməsi üçün bir daha dövlət səviyyəsində Azərbaycanın Yevlax şəhərinə dəvət olundu. Təsəssüf ki, bu, dünən qarşı tərəfdən müvafiq şəkildə qiymətləndirilmədi”, - deyə Prezidentin köməkçisi əlavə edib.

Xəbər lenti

Çox oxunanlar