Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri çərçivəsində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
“Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”, - məlumatda qeyd olunub.