Xəzər Xəbər

Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanı ABŞ-yə gedib

Gündəm | 18:55 • 18 Sentyabr 2023
Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanı ABŞ-yə gedib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dəniz Qüvvələri Komandanlığının dəvəti ilə bu ölkədə səfərdədir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. 

Məlumata görə, vitse-admiral S.Bəkirov ABŞ-nin Nyuport şəhərində 90 ölkənin HDQ komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının iştirakı ilə keçiriləcək 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumunda iştirak edəcək.
Tədbirin keçirilməsində əsas məqsəd dəniz nəqliyyatında Hərbi Dəniz Qüvvələri ilə mülki dəniz təşkilatları arasında naviqasiya təhlükəsizliyinin təmin edilməsi, həmçinin baş verə biləcək təhdidlərə qarşı birgə mübarizənin təşkili mövzuları üzrə müzakirələrin aparılmasıdır.

Xəbər lenti

Çox oxunanlar